!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunların önləyə bilmədiyi MƏİŞƏT ZORAKILIĞI: “Bu mövzuda xüsusi fənnin tədris olunması...”

!Reklam – Yazi

“Lakin bu qanunda tələb kimi qoyulan həmin məşğələlər məktəblərdə hələ də keçirilmir”.

Bu fikirləri məişət zorakılığının qarşısının alınması haqqında qanuna ediləcək dəyişikliklərdə mövzu ilə bağlı dərslərin tədris olunmasına dair təklifə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məişət zorakılığı ilə bağlı xüsusi fənnin tədris edilməsinə ehtiyac yoxdur:

“Məişət zorakılığının qarşısının alınması haqqında qanuna ediləcək dəyişikliklər son zamanlar məişətdə və məktəbdə yeniyetmələrin biri-birinə qarşı olan zorakılıqların qarşısının alınması zərurətindən irəli gəlir.

Məsələ burasındadır ki, 2022-ci ildə həm təhsil, həm də ümumitəhsil haqqında qanunlara dəyişikliklər edildi. Təhsil haqqında qanunun 11-ci maddəsinə və ümumitəhsil haqqında qanunun 13-cü maddəsinə edilmiş dəyişiklik ondan ibarətdir ki, cinsi zorakılıqla bağlı məktəbdə müvafiq məşğələlər keçirilsin və o məşğələlərə valideynlər də cəlb olsun.

Lakin bu qanunda tələb kimi qoyulan həmin məşğələlər məktəblərdə hələ də keçirilmir. Məişət zorakılığı ilə əlaqədar ayrıca bir fənnin keçirilməsinin tərəfdarı deyiləm. Cəmiyyəti narahat edən müxtəlif mövzular var və bunların hər biri ilə bağlı xüsusi bir fənnin tədris olunması doğru deyil.

Amma şagirdlərin yaş səviyyəsinə uyğun olaraq belə mövzulara yer verilməli və yuxarı sinif şagirdlərinə də dərsdənkənar məşğələlər keçirilməlidir. Eyni zamanda, sinif rəhbərlərinin həftədə bir dəfə keçirdiyi təşkilat saatları var. Həmin sinif rəhbərləri tərəfindən təşkilat saatlarında bu mövzulara yer vermək olar”.

Nuray Məmmədzadə

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv