!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlandı

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı paytaxtın Binəqədi rayonunda Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində fiziki şəxslər Nağıyev Sabit Malik oğluna, Məmmədov Ramin Nazim oğluna, Xutor yaşayış massivinin E.Babayev küçəsində fiziki şəxslər Səmədov Əli Rəhbər oğluna, Bədəlov Ağamoğlan Sucu oğluna, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 22 ünvanında Maqsudov Müşviq İntiqam oğluna, Mir Cəlal küçəsində fiziki şəxslər Talıbov Elçin Ağalı oğluna, Abdurrəhmanov Zaur Şahid oğluna, Salmanov Naim Rafiq oğluna, Mənsimov Sərxan Məhər oğluna, İ. Cümşüdov küçəsində fiziki şəxslər Quliyev Elbəy Məhəmməd oğluna, Qaraşov Hikmət Telman oğluna, S.Məmmədova küçəsində fiziki şəxslər Kərimov Akif Kamal oğluna, Alıyev Nazim Şahpələng oğluna, A. Məmmədov küçəsində fiziki şəxslər Əmirov Anar Səfər oğluna, Şirinov Rəfail Ələkbər oğluna, H.Babaşov küçəsi, 6 ünvanında Qımrıyev Vidadi Şamil oğluna, M. Kazımovski küçəsi, 130 ünvanında Bağırov Eşqin Hüseyn oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkar olunmuş faktlarla əlaqədar məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv