!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz ödənişlərlə bağlı dövlət qurumundan vətəndaşlara MÜRACİƏT - FOTO

!Reklam – Yazi

“Paytaxtın mərkəz və birinci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri intensiv şəkildə aparılır”.

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında” Qərarının icrası ilə bağlı işlər davam etdirilir:

“Mərkəz və birinci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri intensiv şəkildə aparılır. Parklanma yerlərində müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılır, nişanlanma xətləri çəkilir. Artıq avqustun yeddisindən həmin ərazilərdə ödənişlər yalnız nağdsız qaydada mobil tətbiq, SMS və ödəmə terminalı vasitəsilə həyata keçirilir.

Bu günə olan statistikaya əsasən, 69 min 990 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 2 816 nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib”.

Onun sözlərinə görə, küçələrdəki parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz:

“Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər”.

Qeyd edək ki, hələ də küçələrdə parklanma nəzarətçiləri (“parkovşiklər”) var və işlərini davam etdirirlər. Onların qanunsuz şəkildə fəaliyyət göstərməsinin qarşısının alınması Daxili İşlər Nazirliyinin öhdəliyindədir.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv