!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz ov edən əcnəbilər ölkədən deportasiya edildi

!Reklam – Yazi

Ötən il Azərbaycanda qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib.

Yenicag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 37 əcnəbinin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub: “Nəzarət daha da ciddi olmalıdır. Hər bir məlumat nazirlik tərəfindən araşdırılır”.

Xidmət rəisi əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib: “Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur. Yerli və xarici vətəndaşlara ovçuluqla bağlı ictimai nəzarətin olması, eləcə də bu sahədə maarifləndirmə işinin aparılması önəmlidir”.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv