!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz ov edən şəxs saxlanıldı

!Reklam – Yazi

Qanunsuz ov edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

F.Əliyev həmçinin bildirib ki, Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor da yığışdırılıb./Report/

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv