!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz tikililər, “makler” bazarı: “Pul qarşılığında insanları qeydiyyata salmaq...” - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, yaşayış yerində qeydiyyata düşmək məsələləri xeyli çətinləşib. Bundan əlavə, artıq inzibati binalardan da qeydiyyatdan çıxardırlar. Hətta bəzi şəxslər bu vəziyyətdən sui-istifadə edir.

Bəs bununla bağlı hüquqi proses necə təşkil edilməlidir? İnsanlar “sürünmədən” yaşadığı ünvanda necə qeydiyyata düşsün?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən vəkil Riçard İsmayılov bildirib ki, belə problemlərin yaranmasında qanunsuz tikililərin rolu böyükdür:

“Təyinatlı torpaqlarda, kommunal xətlərdə, magistral yolların üzərində tikilən əmlaklar qanunsuz hesab edilir. Buna görə də həmin ünvanlarda qeydiyyata düşmək mümkün olmur. Tövsiyyəm edir ki, qanun müstəvisində məsələni həll edək. Bunun da qısa yolu yoxdur. Ancaq məhkəmə ilə həll etmək olar. Əgər mülkiyyətinizdə bir əmlak varsa, həmçinin müvafiq sənəd yoxdursa, ən birinci bu həll edilməlidir. Bunu həll etməsəz, qeydiyyata düşə bilməyəcəksiz.

Proses belədir: İnzibati polis binasından imtina sənədi götürürsünüz. Daha sonra isə məhkəməyə gedirsiniz. Onu da qeyd edim ki, həqiqətən də yaşamağa yeriniz yoxdursa, məhkəmə sizin qeydiyyatınızı təmin edəcək. Heç bir rüsum da tələb edilməyəcək.

Bu problemlərdən sui-istifadə edən vətəndaşlar da var. Elə bil ki, bir “makler bazarı” yaranıb. Həmin şəxslər pul qarşılığında insanları evinə qeydiyyata salır”.

Şahanə Paşa

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv