!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz tikililərə göz yuman icra hakimiyyətləri: "Külli miqdarda vəsait müqabilində..."

!Reklam – Yazi

Son vaxtlar rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq, başçılar və onların məsul əməkdaşları sözügedən tikintilərin artmasına şərait yaradırlar. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçılarına ciddi xəbərdarlıq edilib.

Bu vəziyyətlə bağlı əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında bildirib ki, rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə bağlı dəfələrlə xəbərdarlıq edilməsi real olsa da, bir çox hallarda göz yumulub:

“Təəssüf ki, bunu rayon icra başçıları yox, onlar vasitəsilə pozuntulara yol verən şəxslər görməzdən gəlir. Yəni, hər hansısa vətəndaş tikili aparmaq istəyəndə icra hakimiyyəti adından kimsə yaxınlaşır və tikili müqabilində müəyyən məbləğdə vəsait tələb edir. Bu şəxslər barədə icra hakimiyyətinə məlumat verdikdə isə birmənalı şəkildə o şəxsləri tanımadıqlarını qeyd edirlər. Bir növ vətəndaşı aldadan şəxslər makler rolunda çıxış edirlər. Bu fonda icra hakimiyyətlərinin hansısa tikiliyə göz yumması kimi görüntü yaranır. Bu tendensiya daha çox Binəqədi, Xəzər, Suraxanı və Sabunçu rayonlarında baş verir.

Ümumilikdə ölkə başçısının xəbərdarlıqları effektiv nəticə verir. Çünki əvvəlki dövrlərdə vəziyyət daha da bərbad idi. Demək olar ki, evlərin çoxu icazəsiz tikilirdi. Ev tikmək istəyən vətəndaşlar bilməlidir ki, öncəliklə torpağın mülkiyyət sənədi əldə olunmalıdır. Yəni, vətəndaşın tikdiyi hansısa fərdi yaşayış evinin və torpağın kimə aid olduğu bəlli olmalıdır. Bir çox hallarda vətəndaşlar bələdiyyənin onlara “satdığı” torpaqların üzərində qeyri-qanuni evlər tikirlər. Zamanla məlum olur ki, həmin torpaqlar yaşayış məntəqələri üçün nəzərdə tutulmayıb. Sadəcə olaraq, bəzən icra hakimiyyətləri külli miqdarda vəsait müqabilində həmin tikintilərə icazə verirlər”.

Gülşən Şərif

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv