!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qanunun tətbiq edilməsi dataların hansı dərəcədə qorunmasından asılıdır” - ŞƏRH

!Reklam – Yazi

“Yaxın keçmişdə ayrı-ayrı dövlət orqanları, özəl sektorlar və banklarda kibertəhlükəsizliklə bağlı insidentlər baş verdiyinin şahidi olmuşuq “.

Bu sözləri Azərbaycanda fərdi məlumatların qorunmasıyla bağlı yeni qanuna münasibət bildirən İKT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında qeyd edib.


O bildirib ki, ölkədə kibertəhlükəsizliyin inkişafı və maarifləndirmə işlərinin təşkili üçün dövlət qurumları və QHT-lər aktiv əməkdaşlıq etməlidir:

“Qəbul edilən bu qərar zərurətdən irəli gəlir. Rəqəmsallaşmanın həcmi az olduğu dövrlərdə kiberinsidentlərin fərqinə o qədər də varılmırdı. Lakin ölkədə rəqəmsallaşmanın həcmi artdıqca, onun konfedensiallığı və kibertəhlükələrdən qorunma artıq zərurət halını aldı. Bu səbəbdən də aidiyyatı qurumlar – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin digər qurumlar sözügedən istiqamətdə qanunun yenilənməsi, beynəlxalq standartların ölkəmizdə qanunvericiliyə salınması üzrə təkmilləşdirmə işləri aparılır. Demək olar ki, bu istiqamətdə yaxın keçmişdə ayrı-ayrı dövlət orqanları, özəl sektorlar və banklarda kibertəhlükəsizliklə bağlı insidentlər baş verdiyinin şahidi olmuşuq. Bu da qanunun təkmilləşməsi üçün bir zərurət olduğunu göstərir.

Bu qanunlar kağızdamı qalacaq, yoxsa real tətbiqi baş tutacaq? Bu, artıq başqa bir mövzudur. Adıçəkilən nazirlik qanunu qəbul etməklə mükəlləfdir. Qanunun tətbiq edilməsi artıq dövlət və özəl sektorlarda datalarını hansı dərəcədə qorumasından, onların təşəbbüsündən asılıdır. Burada öz məlumatlarının qorunmasından söhbət gedir.

Digər yandan bu zərurət qorxuya çevrilir. Hər bir qurum ehtiyatlı davranaraq dataların qorunmasına önəm verir. Bu məsələyə dair fərqli yanaşmalar mövcuddur. İlk olaraq məlumatların saxlanmasında qeyd edilən qaydaları nəzərə almalıyıq. Tutaq ki, məlumatlar hansısa buludda yerləşdirilir.

Azərbaycanda dövlət məlumatlarını saxlamaq üçün lisenziya əldə etmiş dövlət şirkətləri vardır. Söhbət “AzInTelecom”, “Delta-Telecom” kimi qurumlardan gedir. Burada infrastruktur cəhətdən təhlükəszilik tam təmin olunmalıdır.

İkinci əsas faktor mütəxəssislərin olmasıdır. Yəni nə qədər investisiya yatırılsa və infrastruktur əlçatan olsa, hətta beynəlxalq İSO 27001 standartları təşkil edilsə də, orada keyfiyyətli mütəxəssislər böyük rol oynayır.

Bundan əlavə, digər istiqamətlərdə vətəndaş amili də mövcuddur. Hər bir vətəndaş öz məlumatını istər-istəməz bu qurumların portallarında saxlayır. Bu məlumatı saxlayarkəən öz şifrə və elektron imzalarını üçüncü tərəfə ötürməməsi önəmli faktordur. Burada da istifadəçilərin hüquqlarını bilməyi vacibdir.

Bütün bu amillər mühüm əhəmiyyət daşıyır və sadalanan faktorlar paralel inkişaf edərsə, ölkəmizdə kibertəhlükəsizlik yönümündə uğur qazanmış olarıq. Buna görə də daim məlumatlanmalı, yeniliklərdən xəbərdar olmalıyıq. Dövlət və özəl qurumlarda da vətəndaşların maarifləndirilməsi üçün kibergigiyenik təlimlər təşkil etməli, lazımi prosedurlar həyata keçirilməlidir. Dövlət bu istiqamətdə QHT-lərlə aktiv əməkdaşlıq etməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv