!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qar təmizləyərkən qəfəsə yıxılan işçini ayı PARÇALADI - FOTO

!Reklam – Yazi

Rusiyada ayı kafenin damında qarı təmizləyərkən qəfəsə düşən işçini öldürüb.

Yenicag.az xəbər verir ki, bu barədə RF Smolensk vilayəti üzrə İstintaq Komitəsi məlumat verib. Bildirilir ki, Vyazmada kafenin damında qar təmizləyən fəhlə ayı olan qəfəsə yıxılıb.

“Smolensk vilayətində yerli sakinin heyvan hücumu nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır”, – idarədən bildiriblər.

Məlumata görə, çərşənbə günü axşam saatlarında Moskva-Minsk magistralının 225-ci kilometrliyində, Vyazma şəhərinin kənarında yerləşən kafenin işçisi kafenin damındakı qarı təmizləyərkən ayı olan qəfəsə düşüb.

“Nəticədə heyvan kişiyə hücum edib və işçi aldığı xəsarətlərdən hadisə yerində ölüb”, – komitə qeyd edib.

İlkin məlumatlara görə, ayı qapalı yerdə saxlanılıb. Zərərçəkmiş rəsmi əmək münqaviləsi olmadan işləyirdi.

İstintaq əmək qanunvericiliyinin pozulmasını qiymətləndirəcək, ictimai iaşə obyektinin yaxınlığında vəhşi heyvan saxlanmasının qanuniliyini müəyyən edəcək. Həmçinin təhlükəsizlik şəraitinə riayət olunmasını yoxlayacaq.
Bundan əlavə, vəhşi heyvanların saxlanmasına dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin fəaliyyətinə qiymət veriləcək.

Vilayət prokurorluğu da yoxlamanın təşkili barədə məlumat verib.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv