!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qar yağacaq, yollar buz bağlayacaq

!Reklam – Yazi

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv