!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qara Cümə"nin tarixi: İslam düşmənliyi, yoxsa təsadüf? - ARAŞDIRMA

!Reklam – Yazi

Hər il 23-29 noyabr tarixləri aralığında bütün dünyada “Black Friday” (“Qara Cümə”) çılğınlığı yaşanır.

Yenicag.az xəbər verir ki, ilk dəfə ABŞ-də qeyd olunan bu tarix rəsmi şəkildə qeyri-iş günü deyil.

Hər il “Şükran Günü”ndən sonrakı ilk cümə günü belə adlanır. Bu gün mağazalar böyük endirimlər tətbiq edir, insanlar ucuz qiymətə məhsullar alırlar. “Qara Cümə” Milad bayramı alış-verişinin ilk günü səciyyəsi daşıyır.

History.com-un yazdığına görə, “Qara Cümə”nin ortaya çıxmasının bir neçə ssenarisi var ki, onlardan ikisi daha inandırıcıdır.

Birinci versiyada qeyd olunur ki, 24 sentyabr 1869-cu ildə Cey Could və Cim Fisk adlı investorlar qızılın qiymətini artırıb birjanı çökdürüblər. Bu, xarici ticarətin dayanması ilə yanaşı, buğda və qarğıdalı istehsalında da 50 faizlik azalmaya səbəb olub.

İkinci ssenari isə belədir: Bu ifadə ilk dəfə 1960-cı illərdə Milad alışverişinin başlanğıc tarixini müəyyən etmək üçün istifadə olunub. Belə ki, o zamanlar pərakəndə alış-veriş mərkəzlərində münasibət dəftərləri qara və qırmızı qələmlə yazılırmış. Qırmızı rəng zərəri, qara rəng isə karı ifadə edirmiş. Milad bayramı alış-verişində mağazaların çoxu kar əldə etdiyi üçün “Qara Cümə” ifadəsi məşhurlaşıb.

Bu ifadənin islam dünyasında istifadəsi isə birmənalı qarşılanmır. Bir çoxları bu ifadəni Qərbin islama qarşı icad etdiyi düşüncəsindədir. Lakin yuxarıda da qeyd edildiyi kimi, “Qara Cümə”nin ortaya çıxması tamamilə bizneslə əlaqəlidir.

www.yenicag.az

3586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv