!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara dənizdəki Rusiya donanmasının “QARA GÜNLƏRİ”: “Tamamilə müdafiəsiz qalıblar” - Hərbi ekspert

!Reklam – Yazi

“Moskva” kreyserinin sıradan çıxarılması Rusiyanın Qara dənizdə planlaşdırdığı növbəti addımları məhdudlaşdırdı”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyaya məxsus “Moskva” kreyserinin vurulmasından sonra Qara dənizdə əməliyyat şəraitinin dəyişməsini şərh edən ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

Onun sözlərinə görə, Rusiyanın Qara dəniz hərbi donanmasının flaqmanı olan “Moskva” kreyserinin sıradan çıxarılması ilə digər işğalçı ölkənin hərbi gəmiləri hava hücumundan müdafiəsiz qalıb:

“Biz “Moskva” kreyserini vurmaqla dənizdə Rusiyaya ciddi məğlubiyyət yaşatdıq. Çünki bunun nəticəsində Rusiyanın Qara dəniz hərbi donanması hava hücumundan müdafiəsiz qalıb. “Moskva” kreyserinin sıradan çıxarılması Rusiyanın Qara dənizdə planlaşdırdığı növbəti addımları məhdudlaşdırdı”.

Ekspertin fikrincə, “Moskva” kreyserinin döyüş qabiliyyətini itirməsi ilə Rusiyanın Odessa vilayətinə desant çıxarmaq planı da iflasa uğradı:

“Belə düşünürəm ki, bununla Odessa vilayətinə desant çıxarmaq kimi avantürist planı artıq unutmaq olar. Çünki bunun üçün tələb olunan atəş-mühafizə gəmilərinin sayı çox azdır. Eyni zamanda, “Moskva”nın vurulmasından sonra onların gəmiləri raketlərin uçuş məsafəsində yaxınlaşmaqdan çəkinəcəklər.

Əgər yayılan məlumatlar həqiqətə uyğundursa, bu o deməkdir ki, 16 ədəd “Kalibr” raketi məhv edilib və Ukraynadakı potensial hədəflərin sayı da o qədər azalıb. Amma Rusiyanın Ukrayna ərazisini Qara dənizdən atəşə tutmaq imkanları qalır. Sadəcə biz o imkanları xeyli məhdudlaşdırmışıq”.

www.yenicag.az

1419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv