!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ atlarının satışı başladı - FOTO

!Reklam – Yazi

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə açıq hərrac yolu ilə satışa çıxarılmış 3 atdan 1-i ilkin qiymətindən 10% baha satılıb.

Yenicag.az xəbər verir ki, söhbət 4 yaşlı Sahil atından gedir.

Onlara 5 min manat ilkin satış qiyməti müəyyən edilsə də, Tərtər rayonundan olan fermer Habil İbrahimov onu 5,5 min manat alıb.

O, şəxsi təsərrüfatında başqa atların da olduğunu deyib və Qarabağ atına da sahib olduğu üçün qürur duyduğunu bildirib: “Bu atı maraq üçün alıram, digər atlarla birlikdə saxlayacam. Qarabağ atına çox marağım var”.

Bugünki hərracda 7 min manata satışa çıxarılmış Zilaxar atı da satılıb. Sürəti 55-57 km/saat olan bu ata 7 500 manat verən olub. Bu Bakıdan olan at həvəskarı Orxan Qardaşxanov olub. O, 5 ilə yaxındlır ki, ata maraq göstərdiyini, hərraca məxsusi olaraq Ziləxar atı üçün gəldiyini deyib.

www.yenicag.az

1009
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv