!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” avrokubokların qrup mərhələsinə vəsiqə qazandı - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub.

Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-ni keçən (2:1, 2:1) “köhlən atlar” ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.

Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.

***

Finlandiyada HİK və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda 55-ci dəqiqədə Yassin Benzia fərqlənib, Azərbaycan təmsilçisi hesabda önə keçib – 2:1.

***

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında hesab bərabərləşib. İlk hissənin sonlarına yaxın Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirməklə fərqlənib.

***

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında hesab açılıb. 10-cu dəqiqədə S.Hostikka fərqlənib.

***

Matç başladı

***19:12

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK və “Qarabağ”ın start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, “Bolt Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv