!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ Azadlıq Təşkilatını bu gün də bağlamaq olar, amma...” - Akif Nağı

!Reklam – Yazi

“Ermənilər müharibədə məğlub olsalar da, dünyada öz yalan təbliğatlarını aparmaqda davam edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsində qələbənin əldə edilməsindən sonra Qarabağ Azadlıq Təşkilatının (QAT) mövcudluğuna yönəlik zərurəti əsaslandıran qurumun sədri Akif Nağı deyib.

Akif Nağının sözlərinə görə, ermənilərin dünya miqyasında öz yalan təbliğatlarını apardıqları şəraitdə QAT kimi təşkilatların meydanda olmasına ehtiyac var:

“Qarabağ Azadlıq Təşkilatını bu gün də bağlamaq olar. Mənim hər hansı bir iddiam, o cümlədən, sədrliklə bağlı iddiam yoxdur. Lakin nəzərə almaq lazımdır ki, bir təşkilatı yaratmaq, formalaşdırmaq daha çətin işdir, nəinki onu bağlamaq…

Məsələn, ermənilər iyirminci əsrin əvvəllərində onlarla təşkilat yaratmışdılar və o təşkilatları hətta Sovet dövründə də yaşatdılar. Bizdə isə o dönəmdə cəmi bir-iki təşkilat yaratdılar, daha sonra hesab elədilər ki, artıq işlərini yekunlaşdırıblar və o qurumları buraxdılar.

Amma təşkilatların olamsı çox vacibdir, millətin gücü – istər ölkənin daxilində, istərsə də xaricində – onun təşkilatlanmasındadır. O baxımdan, bu təşkilat var, onun bölgələrimizdə və xaricdə strukturları mövcuddur. Yəni ad və xətti dəyişməklə, bu təşkilatı qoruyub saxlamaq olar.

Bununla belə, şəxsən mən Qarabağ Azadlıq Təşkilatının adının dəyişməsinin əleyhinəyəm. Çünki bu, tarixi özündə yaşadan bir addır. Bilirsiniz ki, bizim toplumda müəyyən unutqanlıq var. Ona görə də, bu ad özlüyündə çox şeyi ifadə edir.

Eyni zamanda, bu gün hələ ki Qarabağın işğaldan tam azad edilməsindən söhbət getmir. Biz məlum 10 noyabr üçtərəfli bəyanatından sonra “Tam qələbəyə doğru” şüarini seçmişik. Buna qədər isə əsas şüarımız “Qarabağa doğru” idi.

Tam qələbə isə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərimiz üzərində nəzarətimiz tam bərpa edildikdə təmin olunacaq. Həmçinin bu “Tam qələbə” anlayışına Zəngəzur istiqamətindəki nəticələr də aiddir. Çünki Zəngəzur da tarixi Qarabağ xanlığının tərkib hissəsi olub.

Digər tərəfdən, ermənilər müharibədə məğlub olsalar da, dünyada öz yalan təbliğatlarını aparmaqda davam edirlər. Bu təbliğatın qarşısında dayanmaq üçün Qarabağ Azadlıq Təşkilatı kimi qurumların mövcudluğu vacibdir”.

A.Zeynalov

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv