!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Azərbaycan çempionu oldu

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Yenicag.az saytının məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.

Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub. Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb. Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.
***

Premyer Liqa

XXV tur

3 may
16:30.
“Şamaxı” – “Səbail” – 0:0

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov

“Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Rüstəm Əliyev

“Səbail”: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev

Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah” – 1:1

Qol: Kadi Borqes, 47 – Kristian da Silva, 60

Qırmızı vərəqə: Patrik Andrade, 59

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev

Baş məşqçi: Murad Musayev
“Azersun Arena”

1 Qarabağ 24 18 5 1 60-12 59
2 Neftçi 24 14 5 5 39-25 47
3 Zirə 24 12 6 6 32-24 42
4 Sabah 25 11 3 11 37-31 36
5 Qəbələ 24 9 8 7 32-33 35
6 Şamaxı 25 5 6 14 25-46 21
7 Sumqayıt 23 3 6 14 13-37 15
8 Səbail 25 4 3 18 17-47 15

Bombardirlər: Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”) – 11 qol, İbrahima Vadji, Filip Ozobiç (hər ikisi “Qarabağ”) – 10 qol

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv