!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Bayer 04"ə uduzdu - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Yenicag.az xəbər verir ki, komanda 1/8 final mərhələsinin cavab matçında “Bayer 04″ə uduzub – 2:3.

***

“Bayer” 3-cü qolu vurur. Patrik Şik 90+7-ci dəqiqədə fərqlənir.

***

90+3-cü dəqiqədə meydan sahiblərində Patrik Şik fərqlənib.

***

72-ci dəqiqədə meydan sahiblərində Ceremi Frimponq fərqlənib. Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

***

67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib. Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

“Qarabağ” hesabı açdı. 58-ci dəqiqədə Abdulla Zubir fərqləndi.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək “Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki “BayArena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb – 2:2.

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv