!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"-"Bayer" oyunu heç-heçə başa çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Oyun 2:2 hesabı ilə başa çatdı. Komandalar arasında cavab matçında 1 həftə sonra Leverkuzendə keçiriləcək.

***

Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdiri – 2:2. Bu dəfə Şik fərqlənir.

***

71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldır. Vits adını tabloya yazdırır – 2:1.

***

Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.

***

26-cı dəqiqədə Yassin Benzia hesabı açdı – 1:0.

***

Matç başladı

***21:36

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer 04” klubunun start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Baş məşqçi: Qurban Qurbanov

“Bayer 04”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv