!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” bu gün həlledici oyuna çıxır

!Reklam – Yazi

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”ın heyətində Filip Ozobiç və Leandro Andrade zədə səbəbindən bu görüşü buraxacaq. Qara Qarayevin iştirakı isə sual altındadır.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan “Qarabağ” “Frayburq”u məğlub etsə, digər matçın nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələcək.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv