Qarabağ cəbhəsində sükut: Ağırlıq diplomatik müstəviyə keçib?

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs hallarının pozulması halları təəccüb doğuracaq aədər azalmaqdadır.

Cəbhə xəttində hökm sürən sakitliyin mümkün səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov bunun bir neçə amildən asılı olduğunu deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Qarabağ cəbhəsində gərginliyin səngiməsi düşmənə daha rahat hərəkət imkanı verir:

“Cəbhə bölgəsində atəşkəsə riayət olunması Azərbaycan və Ermənistan rəhbərliyi arasında əldə edilmiş razılaşmanın nəticəsidir.

Bu razılaşmadan sonra cəbhə xəttində bəzi halları nəzərə almasaq, atəşkəs demək olar ki, pozulmur.

Ancaq işğala məruz qalan ölkənin nümayəndələri kimi deməliyik ki, cəbhə xəttindəki sabitlik işğalçı ölkəyə daha çox sərf edir.

Çünki onlar bu şəraitdə atəşkəsin pozulmayacağına inanaraq, nəzərədə tutduqları işləri daha rahatlıqla həyata keçirirlər.

Digər tərəfdən, əgər tərəflər cəbhədə atəşkəsin qorunmasında maraqlıdırsa, deməli, əsas diqqət “diplomatik cəbhə”yə yönəlməlidir.

Ancaq bizim xarici işlər nazirinin və onun kadrlarının peşəkarlıq səviyyəsinə baxdıqda, bu “cəbhə”də uğur qazanacağımız şübhəli görünür”.

Səxavət Məmməd

COP29