!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ danışıqları haqda məlumatımız mediada yayımlanan açıq informasiyalarla məhdudlaşır” - Partiya sədri

!Reklam – Yazi

“Ola bilsin, aparılan danışıqların indiki mərhələsində siyasi qüvvələrlə paylaşılacaq ciddi məqam yoxdur”.

Bu fikirləri ölkədə fəaliyyət göstərən siyasi partiyaların Azərbaycan-Ermənistan danışıqlarının gedişatı ilə bağlı nə dərəcədə məlumatlı olduqlarını dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədrinin fikrincə, ola bilsin, danışıqlar prosesinin növbəti mərhələlərində irəliləyiş baş verərsə, siyasi qüvvələr bu barədə ətraflı məlumatlandırılar:

“Açığı, Qarabağ danışıqları haqda məlumatımız mediada yayımlanan açıq informasiyalarla məhdudlaşır. Yəni əlavə məlumat mənbəyimiz yoxdur. Ona görə də bu çərçivədə rəsmi məlumatlarla kifayətlənməli oluruq.

Düzdür, müəyyən hallarda hakimiyyət təmsilçiləri tərəfindən partiya sədrləri ilə görüşlər keçirilirdi, arada videokonfransla da bəzi müzakirələr aparılırdı. Amma son vaxtlarda belə görüşlər olmayıb.

Digər tərəfdən onu da nəzərə almalıyıq ki, beynəlxalq praktikada aparılan danışıqların ilkin mərhələləri mümkün qədər qapalı şəraitdə davam etdirilir. O baxımdan, ortada hər hansı razılaşma olmadığı üçün siyasi qüvvələrin məlumatlandırılması zərurəti də hələ ki yaranmır”.

A.Zeynalov

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv