Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama matçına çıxıb.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın MOİK klubu ilə üz-üzə gəlib.
Qarşılaşma bolqarların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:2. Darmadağın olan “Qarabağ”ın qollarına Dino Ndlovu və Ağabala Ramazanov imza atıb.
Qeyd edək ki, “atlılar” bundan əvvəl Rusiyanın “Axmat” klubuna 0:1 hesabı ilə uduzmuşdu.