!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“”Qarabağ” deyə qışqırdım, məni işdən azad etdilər” - Bərbəryan

!Reklam – Yazi

Paşinyanın ailəsinin bu gün Anna Akopyanın ad gününü qeyd etdiyi “Darget”də “Qarabağ” dediyim üçün məni işdən çıxardılar”.

Yenicag.az xəbər verir ki, bunu Akop Bərbəryan erməni mediasına müsahibəsində deyib. O bildirib ki, fevralın 1-də Anna Akopyanın ad günü keçirilən məkanda iki dəfə “Qarabağ” deyə qışqırıb və buna görə onu işdən qovublar.

“Mən Darget”də işləyirəm. İş vaxtı bitmişdi, amma mən Nikol Paşinyan gedənə qədər orada qaldım. O gedəndə bir neçə dəfə ucadan qışqırdım: Qarabağ, Qarabağ.

Nikol Paşinyan uzun müddət mənə baxdı, bundan sonra direktor zəng edib dedi ki, sən işdən çıxarıldın”, – Bərbəryan deyib.

Onun sözlərinə görə, Paşinyan, həyat yoldaşı, uşaqları, həmçinin Anna Akopyanın qardaşı, deputat Qraç Akopyan da orada olub.

Xuraman Etibarlı

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv