Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qarabağ Dövlət Universiteti Şuşada tikilə bilər" - TƏKLİF

“Qarabağ Dövlət Universitetində tədrisin ingilis dilində aparılması məqsədəuyğundur”. 

Bu sözləri Qarabağ Dövlət Universitetinin yaradılması prosesinin sürətləndirilməsinin vacib olduğunu qeyd edən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, universitetin fəaliyyətində bir sıra amillər xüsusilə nəzərə alınmalıdır:

“Universitetin yerləşməsi Xankəndi və ya Şuşa şəhərində ola bilər. Ermənilərin Xankəndində say çoxluğu olarsa, birmənalı olaraq Şuşa şəhərinə üstünlük verilməlidir. Tədrisin ingilis dilində aparılması məqsədəuyğundur. Universitetdə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə (erməni dili, ingilis dili, rus dili, fransız dili), tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman kimi ixtisasların yer alması zəruridir.

Qəbul zamanı isə bəzi məqamlar nəzərə alınarsa, bu, faydalı ola bilər. Belə ki, bütün şəhid və qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilə bilər. Universitetə peşəkar müəllimlər cəlb edilməlidir. Xüsusən də Türkiyə və Avropa ölkələrində təhsil almış yüksək ixtisaslı kadrlara, vətəndaşlarımıza üstünlük verilə bilər. Eyni zamanda Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrlarını da təhsilverən qismində prosesə cəlb etmək mümkündür. Xarici ölkə vətəndaşlarının (Ermənistan, Fransa istisna) universitetə qəbulu aparılarsa, bunun əhəmiyyəti böyükdür. İstər öz vətəndaşlarımızın, istərsə də xarici ölkə vətəndaşlarının rahat təhsil almaları üçün yataqxana ilə təmin olunmaları mütləqdir”.

Gülşən Şərif

www.yenicag.az

161
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100