!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” dünya futbol cameəsinin diqqət MƏRKƏZİNDƏ: “Qurban Qurbanovun komandadan gedib-getməməsi...”

!Reklam – Yazi

“İllərin “Qarabağ” təcrübəsinə dayanaraq deyə bilərik ki, komandadan hər hansı futbolçu getsə belə, “Qarabağ”ın seleksionerləri, fikrimcə, həmin oyunçuların yerlərini lazımınca doldura biləcək”.

Bu fikirləri “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı ilə diqqət mərkəzinə çevrilməsi fonunda oyunçular və baş məşqçi Qurban Qurbanova müxtəlif klublardan təkliflər gəlməsi barədə yayılan məlumatlara münasibət bildirən idman jurnalisti Tural Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qarabağ”dan hər hansı oyunçunun gedişi komandaya ciddi təsir etməyəcək:

“Qarabağ”ın bu mövsümdə çıxışını çox uğurlu dəyərləndirmək mümkündür. Bu, bəlkə də, tarixin ən möhtəşəm çıxışı idi. Biz tarixin ən güclü “Qarabağ”ının şahidi olduq. Avropada bu qədər məşhurlaşıb, sosial şəbəkələrin müxtəlif səhifələrində adı tez-tez hallanan bir Azərbaycan klubunun oyunçularına təklif gəlməsi təsadüfi deyil. Bunu normal qarşılamaq lazımdır. Komandadan hansı futbolçuların gedib-getməyəcəyi ilə bağlı fikir söyləmək çətindir. Bu yalnız mövsümün sonunda bəlli ola bilər.

İllərin “Qarabağ” təcrübəsinə dayanaraq deyə bilərik ki, komandadan hər hansı futbolçu getsə belə, “Qarabağ”ın seleksionerləri, fikrimcə, həmin oyunçuların yerlərini lazımınca doldura biləcək. Eyni zamanda, ehtiyatda olan gənc futbolçuları hazırlayaraq həmin mövqelərin boşluğunu tam şəkildə doldurmağı bacaracaq.

Onsuz da Qurban Qurbanov komandada elə bir sistem qurub ki, oyun fəlsəfəsi, idarəetmə cəhətdən hər şey yüksək səviyyədədir. Düşünürəm ki, hər hansı oyunçunun gedişi komandaya ciddi təsir etməyəcək.
Qurban Qurbanova gəlincə, onun komandadan gedib-getməyəcəyi bütün futbol cameəsini maraqlandıran məsələdir. Fikrimcə, Qurban Qurbanov ən doğru seçimi edəcək. Düzdür, Türkiyə klubları ilə adı hallansa da, lakin onun Türkiyədə bəxtini sınamasını istəməzdim. Çünki oradakı təyziq, qeyri-futbol amilləri baş məşqçiyə təsir göstərə bilər ki, biz onu tam potensialını açmasını görə bilmərik. Ona görə də səbirlə gözləmək lazımdır. Fikrimcə, Qurban müəllim doğma komandasında qalacaq. Lakin ən yaxşı təklif olacağı halda məntiqli şəkildə buna doğru qərar verib uğurlu gediş edə bilər”.

İsmayıl Bakuvi

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv