Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 402 komandası yer alıb.
Sözügedən siyahıda ən yaxşı göstərici son Azərbaycan çempionu “Qarabağ”a aiddir. Ağdam təmsilçisi 136 xalla 93-cü pillədə qərarlaşıb.
“Qarabağ”la yanaşı, “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka” (Meksika) klublarının da aktivində 136 xal var.
Qeyd edək ki, siyahıya 328 xalla İspaniyanın “Real” klubu başçılıq edir. Braziliya “Qremio”su 286 xalla 2-ci, İngiltərə təmsilçisi “Mançester Yunayted” 284 xalla 3-cüdür.