!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ ərafında cərəyan edən PROSESLƏR: "Azərbaycana hərbi müdaxilə olarsa, Fransa da, Ermənistan da..."

!Reklam – Yazi

“Əgər Azərbaycana hərbi müdaxilə ediləcəksə, Fransa da, Ermənistan da cavabını alacaq”.

Bu fikiri Qarabağda və Qarabağ ərafında cərəyan edən prosesləri dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan tərəfinin Qarabağla bağlı mövqeyi sərtdir, eyni zamanda məntiqlidir:

“İndiki halda məsələlər diplomatik şəkildə həll olmalıdır. Fransanın ABŞ, İngiltərəyə nisbətən daha çox müdaxilə etməsi onunla bağlıdır ki, rəsmi Paris Qərb tərəfindən Cənubi Qafqaza sahiblənməyə göndərilmişdi. Ancaq 2020-ci ildə baş verən savaşdan sonra konfiqurasiya dəyişib. Türkiyə Cənubi Qafqazda meydana çıxıb və qüvvətlənir, həmçinin ABŞ və İngiltərə. Fransa regionda qalmaq üçün Ermənistandan istifadə etməyə çalışır. “Bir qrup acdır, onlara yardım etməliyəm” tezisi üzərindən siyasət qurmaq istəyir. Azərbaycan tərəfinin apardığı ardıcıl, sərt və məntiqli siyasət bunu heçə endirib.

Azərbaycan konkret olaraq mövqe qoyub ki, öz vətəndaşıma öz ərazimdən özüm yardım edə bilərəm. Beləcə bir güllə ilə iki dövşan vurulur. Rusiyanın qarşısında cavabdehlik məsələsi gündəmə gətirilib. Hikmət Hacıyevlə Ağdam-Xankəndi yolunda Qərb diplomatları arasında antitürk və antimüsəlman olan İsveç də varsa, bu, o deməkdir ki, Rusiyaya görə ora gediblər. Əgər Rusiya yükü buraxmasa, cavabdehlik Moskvanın boynunda qalacaq.

Laçın dəhlizindən yüklərin buraxılmaması Azərbaycan tərəfinin qanuni hüququdur. Heç bir tərəf Azərbaycana təzyiq göstərə bilməz. Fransa Azərbaycana qarşı hansı təzyiq göstərə bilər? Hərbi müdaxilə edəcək? Onun elə bir imkanı yoxdur. Əgər edəcəksə, Fransa da, Ermənistan da cavabını alacaq.

Bütün bu məsələlərin içərisində Qarabağdakı qondarma rejimin içərisində də qarşıdurmalar var. Arayikin istefasından sonra onun yerinə gələcək şəxs Azərbaycanla danışıqlara getməlidir. Azərbaycan tərəfi beləcə növbəti dəfə öz istəyinə nail olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv