!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ erməniləri Şahramanyanı DÖYDÜLƏR - FOTO/VİDEO

!Reklam – Yazi

İrəvanda etirazçılarla Karen Şahramanyan arasında insident baş verib. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Xəbər verdiyimiz kimi,bu gün səhər saatlarında Qarabağı könüllü tərk edən ermənilər fəaliyyətini dayandırmış “qərargah”ın qarşısına toplaşaraq etirazlarını bildirirdilər.

Etirazçlılarla separatçıların keçmiş “aparat rəhbəri” Karen Şahramanyan arasında toqquşma baş verib.

Dava Ermənistandakı Qarabağ “nümayəndəliyi” qarşısında baş verib. Etirazçılar Karen Şahramanyanın üstünə qaçaraq onu yumruqla döyməyə başlayıblar.

Onun köynəyi və qalstuku cırılıb.

Hadisə yerinə çoxlu polis əməkdaşları gəlib.

Uzun danışıqlardan sonra vəziyyəti bir az sakitləşib, bir neçə nəfər saxlanılıb.

Şahramanyan ona qarşı zorakılıq barədə məlumat vermək üçün Ermənistan Daxili İşlər Nazirliyinin polis şöbəsinə dəvət olunub.

Xuraman Etibarlı

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv