!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ ətrafında MÖVCUD VƏZİYYƏT: "Azərbaycan tez bir zamanda qaçqınların..." - Təhlükəsizlik EKSPERTİ

!Reklam – Yazi

“Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında müxtəlif çağırışlar edir”.

Bu fikiri Qarabağ ətrafında baş verən proseslər və hadisələrin inkişafını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, gündəmi dəyişməyin iki yolu var, ya siyasi, ya da hərbi:

“Son günlər Qarabağ ətrafında baş verən hadisələr sual yaradır. Mövcud vəziyyət Qarabağ problemini mürəkkəbləşdirməyə doğru aparır, yoxsa açılışa yaxınlaşdırır?

Ermənilərin siyasəti məlumdur. Məzlum, əzabkeş millət obrazını yaratmaqla dünyanın mərhəmətini və yardımını qazanmaq, milli problemləri bu yolla həll etmək və hüquqlarının pozulmasını qabardaraq Qərbdən dəstək almaqdır.

Əsas məsələ o dəstəyi almaqdır. Paralel olaraq da ermənilər “Rusiya Qarabağdan çıxarsa, Ermənistandan da çıxacaq” hədəsi ilə şantaj edir. Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında müxtəlif çağırışlar edir. Rusiya isə Cənubi Qafqazda təsirini saxlamaq məqsədi ilə indiki status-kvonu dondurmaq, problemi konservləşdirmək xəttini aparır. Proses bundan ibarətdir.

Azərbaycan vəziyyətin bu şəkildə getdiyini görür. Sanki prosesin axınına düşüb gedir. İndiki məqamda gündəmi dəyişmək mümkündür. Bunu həm siyasi, həm də hərbi yolla etmək olar. Arzuolunan siyasi yoldur. Keçmiş Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınlarının aksiyasını təşkil etmək lazımdır. İnsanlar Şuşa-Xankəndi yoluna çıxıb bildirməlidirlər ki, evlərinə qayıdırlar. Birgəyaşayış reinteqrasiya budur. Eyni zamanda erməni silahlıları çıxarılmalıdır.

Azərbaycan bu günə qədər niyə görə erməni silahlılarının çıxması üçün vaxt təyin etmir?

İndiki stiuasiyanı dəyişmək üçün Azərbaycan tərəfinin addımları olmalı, gündəmi dəyişməlidir. Azərbaycan gündəmi dəyişəndə qarşı tərəf o gündəmə uyğun olaraq müdafiə olunur. Azərbaycanın hərəkətlərinə təkziblər verməklə məşğul olurlar. İndiki məqamda biz təkzibh etməklə məşğuluq”.

Səxavət Məmməd

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv