!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Fransaya getdi

!Reklam – Yazi

“Qarabağ” “Marsel”ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransaya yollanıb.

Yenicag.az xəbər verir ki, “köhlən atlar”ı Marsel şəhərinə aparan təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) mətbuat konfransında iştirak edəcək. Komandanın media üçün açıq məşqi yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv