!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ hadisələri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vurdu” – Erməni politoloq

!Reklam – Yazi

“Qarabağ hadisələri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vurub”.

Yenicag.az xəbər verir ki, bunu politoloq Artur Xaçikyan erməni mediası ilə söhbətində deyib.

Onun sözlərinə görə, Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” aparılıb və bunu nə Rusiya, nə də Qərb tanıyıb.

Xaçikyan əlavə edib ki, Qarabağ hadisələri Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vurub.

“Mən bu barədə rusiyalı həmkarlarıma dedim. Dedim ki, biz bunu unuda bilmərik. Cavabında deyirlər ki, Qarabağı Ermənistan hakimiyyəti verib”, – politoloq bildirib.

O hesab edir ki, Rusiya regionda öz təsirini saxlamağa çalışır. Buna görə də bir neçə min erməninin Qarabağa qayıtmasına nail olmaq istəyir ki, sülhməramlıların orada qalmasına haqq qazandırsın.

Ekspert İrəvanın Moskva və Azərbaycanı dəstəkləyən Minskə təsirsizliyini Ermənistanın diplomatik məğlubiyyəti adlandırıb.

“Biz bu oyunu yaxşı oynaya bilmədik. Rusiya və Belarusun həm Türkiyə, həm də Azərbaycanla sıx əlaqələri var. Onların maraqları üst-üstə düşür. Biz bunun üzərində işləməliydik”, – Xaçikyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv