!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” – “Hakken” oyununun biletləri satışa çıxarıldı

!Reklam – Yazi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda evdə İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

“Köhlən atlar”ın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə “Molde”nin qonağı olacaq.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv