!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ haqqında yeni kitab çap olundu

!Reklam – Yazi

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun etnoloq alimləri tərəfindən yazılan “Qarabağ: maddi, mədəni və mənəvi irs (tarixi-etnoloji tədqiqat)” adlı yeni kitab işıq üzü görüb. Kollektiv müəlliflər tərəfindən ərsəyə gətirilən kitabın elmi redaktoru tarix elmləri doktoru İlhamə Məmmədovadır.

Kitabda Azərbaycanın tarixi-etnoqrafik bölgələrindən olan Qarabağın təbii-coğrafi şəraiti, etnomənəvi inkişaf tarixi, ənənəvi təsərrüfat həyatı, maddi, mənəvi və mədəni irsi, ailə və ictimai məişət məsələləri və s. öz dolğun əksini tapıb. Bu məsələlər xalqımızın həyatında, məişət və mədəniyyətində formalaşan milli azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim olunur.

Xarici ölkə alimlərinin də yüksək qiymətləndirdikləri kitab Qarabağşünaslığa çox mühüm töhfədir.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv