!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” ilin son oyununda qələbə qazandı

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.

Yenicag.az xəbər verir ki, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv