!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Kəpəz”i məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, qapanış matçında “Qarabağ” növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi bu dəfə doğma meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunda hesabı 5-ci dəqiqədə Abdullah Zubir açıb. Gəncəlilər fasiləyə qədər status-kvonu bərpa etməyi bacarıblar. 29-cu dəqiqədə Yeqor Xvalko fərqlənib.

Ancaq “Kəpəz”in bundan artığına gücü çatmayıb. Əvvəlcə 58-ci dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 9 dəqiqə sonra Leandro Andrade toru silkələyərək, matçda son nöqtəni qoyub.

Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 77-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib. “Kəpəz” isə 25 xalla yeddinci pillədə qalıb.

Turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Şamaxı” birincilərin meydanında 1:1 hesablı bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXX turun matçları aprelin 14-16-sı aralığında keçiriləcək./Report/

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv