!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Legiya"nı Polşada darmadağın etdi - Qələbəni əsgər salamı ilə qeyd etdi

!Reklam – Yazi

“Qarabağ” UEFA Avropa Liqasının pley-off matçında Polşada “Legiya” üzərində qazandığı qələbəni əsgər salamı ilə qeyd edib. 

Azərbaycan komandası Dağlıq Qarabağda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza kollektiv olaraq, əsgər salamı ilə dəstək olub.

***

“Qarabağ” Varşavada rəqibinə 3-0 qalib gələrək Avropa Liqasının qrupuna yüksəldi.

***

Matçın 70-ci dəqiqəsində Ozobiç Patrik Andradenin ötürməsindən sonra qapıya dəqiq zərbə endirib  və “Qarabağ” “Legiya”nı məğlub edir – 3:0

***

62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, qapıçı Artur Borutsu məyus edib. Bununla da “Qarabağ” hesabı artırıb – 2:0.

**

Matçın 49-cu dəqiqəsində Patrik Andrade Ovusu Kvabenanın ötürməsindən sonra topu qapıya göndərib. Bu qolla “Qarabağ” hesabda önə keçib – 1:0.

***

Polşada “Legiya” və “Qarabağ” arasında matç başlayıb.  Görüş Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilir.

***

21:05

UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və Polşa “Legiya”sının start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

“Legiya”: 1.Artur Boruc, 2.Yosip Yuranoviç, 5.İqor Levçuk, 55.Artur Jedrzejczyk, 25.Filip Mladenoviç, 67.Bartoş Kapustka, 7.Damaqoy Antoliç, 99.Bartoş Sliş, 11.Joel Valensiya, 21.Rafael Lopeş, 9.Tomaş Pexart

“Qarabağ”: 1.Şahruddin Məhəmmədəliyev, 5.Maksim Medvedev (k) 55.Bədavi Hüseynov, 81.Kevin Medina, 30.Abbas Hüseynov, 2.Qara Qarayev, 8.Uroş Matiç, 27.Patrik Andrade, 10.Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu

Qeyd edək ki, bu gün keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

www.yenicag.az

1018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv