!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ məsələsinin BİRDƏFƏLİK HƏLLİ: "Azərbaycan və Türkiyə Rusiya ilə..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Qarabağ probleminin həll olması üçün hər şey Azərbaycanın Türkiyə ilə kordinasiyalı addımlarından və Rusiya ilə necə dil tapmasından asılı olacaq”.

Bu fikri Qarabağda keçirilən mitinqlər, atəşkəsin mütəamadi pozulması və gərginliyi dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov hazırda Qarabağda baş verənləri 80-ci illərin sonunda cərəyan edən hadisələrlə bənzədib:

“1988-ci ilin hadisələrini yadımıza salsaq, görərik ki, oxşardır. Onlar hadisələri törədərkən olduqca hazırlıqlı şəkildə, SSRİ-də olan yenidənqurma, demokratiya dalğası ərəfəsində bu işlərə başladılar. Bu, sonda Azərbaycanın 20 faiz torpağının işğal edilməsi ilə yekunlaşdı. İndi vəziyyət tamamilə başqadır. İndi Azərbaycan öz sərhədlərinə nəzarət edir.

Hər tərəfdən Qarabağdakı rejim və onun havadarları hay-küy salmaqla, mitinq görüntüsü yaratmaqla bütün dünyanın diqqətini və güc mərkəzlərini buraya cəlb etmək istəyirlər. Həmçinin təkcə Qarabağda deyil, Ermənistanda da belə bir proses başladılıb. Petisiya təşkil edib, daha çox insanlara imza çəkdirilər ki, nə mövcud, nə də bundan sonrakı hakimiyyətlər Qarabağ problemində güzəştə getməsin.

Bütün bunların fonunda Ermənistandakı mövcud iqtidar elə görüntü yaradır ki, guya doğrudan da sülh tərəfdarıdır. Hesab edirəm ki, Qarabağda baş verənlərlə Ermənistan hakimiyyəti arasında kordinasiya var.

Hazırda Ermənistanın Azərbaycan və Türkiyəyə gücü çatmadığına görə, sülh danışıqlarını uzatmaq, hər hansısa bir status almaq istəyir. Heç olmasa, SSRİ dövründəki statusa yiyələnmək niyyətindədirlər.

Əgər bu hal yaşanarsa, problemin qalması, oradakı separatçı rejimin qorunub saxlanılması və silahlılar tərksilah olsalar belə, yenə də təhlükəsizlik qüvvəsi kimi qalacaqlar. 100 il əvvəl bu məsələni başlatdılar və sonda işğal yaşandı.

Ermənilər fürsət yaranan kimi yenə işğal siyasətinə əl atacaqlar. Bu gün Azərbaycan tərəfinin qətiyyətli addımları, “oradakı separatçı rejim və silahlılar çıxmalıdır” deməsi bilavasitə erməni məsələsinin Qafqazda sonu olacaq.

İstər Fransa, istər İran, istərsə də Rusiya “böyük ermənistan” ideyasının yaşanmasına çalışırlar. Onlar bunu ona görə istəyir ki, gələcəkdə hər hansısa formada iştirak etsinlər və xeyirlərini götürə bilsinlər.

Azərbaycan və Türkiyənin qətiyyətli addımlarını erməni tərəfi və onların havadarları çox yaxşı başa düşür. Ona görə də, müqavimət göstərirlər. Hər şey Azərbaycanın Türkiyə ilə kordinasiyalı addımlarından və Rusiya ilə necə dil tapmasından asılı olacaq. Rusiya ilə ehtiyatlı davranmaq lazımdır. Nə qədər zəif olsa belə, Rusiya ilə münasibətlər qorunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv