!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağ məsələsinin həlli Moskva ilə Bakının razılaşmasından asılıdır" - ŞƏRH

!Reklam – Yazi

Qarabağ probleminin həlli yolu Moskva ilə Bakının danışıqlarından asılıdır”.

Bunu Qarabağ probleminin həlli strategiyası barədə danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Qarabağla bağlı strategiya yox səviyyəsindədir:

“Qarabağ probleminin həlli nə Qarabağda yaşayan separatçılardan, nə Arayikdən, nə Vardanyandan, nə də Ermənistandan asılıdır. Qarabağ məsələsi Moskva ilə Bakı arasında gedən danışıqların sonunda məlum olacaq. Rusiyanın başı Ukraynada nə qədər qarışsa da, bizim regiona zərbə vuracaq qədər güclüdür. Ona görə də Rusiya ilə hərbi dildə danışmaq olmaz. Bunu Ermənistan da bilir, Azərbaycan da.

Qarabağ məsələsinin həlli üçün strategiya olmalıdır. Buna uyğun olaraq da davranılmalıdır. Məsələ ondadır ki, belə bir strategiya nə Ermənistanda, nə də Azərbaycanda görünür. Hər şey Moskva ilə Bakının razılaşmasından asılı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv