!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ münaqişəsinin həllində Minsk qrupunun işini Türkiyə və Rusiya gördü” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“İndiki halda otuz il ərzində faktik olaraq, heç bir iş görməyən Minsk Qrupundan danışmaq tamamilə mənasızdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra yaranmış yeni şəraitdə ATƏT-in Minsk qrupunun mövcudluğunu dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin fikrincə, Ermənistan rəhbərliyi düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün Minsk qrupundan istifadə etmək istəyir:

“Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupundan hələ də dəstək gözləyir. Amma anlamır ki, artıq iş işdən keçib. Vaxtilə öz xoşuna məlum prinsipləri qəbul etəsəydi, beş rayon dinc yolla qaytarılacaqdı, itkilər də olmayacaqdı.

İki-beş il keçdikdən sonra qalan iki rayonun bəzi hissələrini də verəcəkdilər. Daha sonra status məsələsinin müzakirəsi başlayacaqdı. Dağlıq Qarabağ Azərbaycandan tam asılı olmadan, de-fakto özü üçün yaşayacaqdı.

Amma onlar bu yolu seçmədilər. Hesab etdilər ki, Qarabağ Ermənistanındır. Cavablarını da aldılar. Bununla da beş yox, yeddi rayonu itirdilər. Hadrutun, Ağdərənin və Xocavəndin bir hissəsini itirdilər.

Həm də orduları darmadağın oldu, ölkədə siyasi sabitlik pozuldu, üstəgəl, Rusiya ilə münasibətlər korlandı. Bütün dünyada rüsvay oldular. İndi də Minsk qrupundan danışmağa başlayıblar.

Bu qrup otuz il ərzində səmərəsiz bir qurum olduğunu sübut edib. İndiki halda bu qədər müddət ərzində heç bir iş görməyən Minsk qupundan danışmaq tamamilə mənasızdır. Qarabağ münaqişəsinin həllində Minsk qrupunun işini Türkiyə və Rusiya gördü”.

Aqil Bəkir

www.yenicag.az

6390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv