!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Neftçi”yə qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, “Neftçi” doğma azarkeşlər önündə “Qarabağ”la üz-üzə gəlib.

“Neftçi Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:1. Qonaqların heyətində 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı dəqiqədə penaltidən Toral Bayramov fərqləniblər. “Ağ-qaralar”da Filip Ozobiç 71-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə Toral Bayramov növbəti dəfə meydan sahiblərini məyus edib. 90+7-ci dəqiqədə Leandro Andrade matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.

Qeyd edək ki, günün ilk görüşündə “Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib – 3:2. Daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1./Report/

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv