!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" növbəti mərhələdə: KL-ni təmin etdi

!Reklam – Yazi

20:39

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Sürix” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə “köhlən atlar” qələbə qazanıb – 3:2.

***

“Sürix” – “Qarabağ” qarşılaşması start götürdü.

***

Qarşılaşmanın 4-cü dəqiqəsində Maksim Medvedev avtoqola imza atdı: 1-0.

***

Borges matçın 55-ci dəqiqəsində “Qarabağ”ın bərabərlik topunu vurdu: 1-1.

***

Santini əsas görüşə əlavə edilmiş 5-ci dəqiqədə “Sürix”i hesada önə çıxardı: 2-1.

***

Matçın əsas vaxtı 2-1 “Sürix”in hesabına yekunlaşdı. Ümumi hesab 4-4 olduğu üçün əsas vaxta 30 dəqiqə əlavə olundu.

***

Kvabena 98-ci dəqiqədə “Qarabağ”ın bərabərlik qolunu vurdu: 2-2.

***

Matç 2-2 hesabı ilə yekunlaşdı. Bu nəticə ilə “Qarabağ” iki görüşün nəticəsinə əsasən Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəldi. Bununla “Qarabağ” ən azından Konfrans Liqasının qrup mərhələsini təmin etdi.

www.yenicag.az

1045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv