!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" Polşada "Rakuv" klubuna uduzdu - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu Polşada “Rakuv”un qonağı olub. Çenstoxovadakı “Miejski” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar – 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. 71-ci dəqiqədə “Rakuv” ikinci topu “köhlən atlar”ın qapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən “Qarabağ” Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Aris” (Kipr) – BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb./Report/

***

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Rakuv” (Polşa) – “Qarabağ” (Ağdam) oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, Polşada “Miejski” stadionunda keçirilən oyunda “Rakuv”un start heyətində Vladan Kovaçeviç, Stratos Svarnas, Zoran Arseniç, Boqdan Rakovitsan, Fran Tüdor, Ben Lederman, Cin Karlos, Yannis Papanikolau, Vladislav Koçergin, Martsin Tsebulya və Lukaş Zvolinski yer alıblar.

Ağdam təmsilçisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica çıxıblar.

Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi FIFA referisi Lukas Fendrixdir. Ona həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində kömək edirlər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirir.

Komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan çempionu ilk mərhələdə Cəbəllütariqin “Linkoln” komandasını üstələyib – 2:1, 4:0.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv