!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” qapıçı axtarışında: Komanda futbolçulardan bu kriteriyaları tələb edir

!Reklam – Yazi

“Qarabağ” Azərbaycanda elə klublardandır ki, orada futbolçuların tək oyununa deyil, onların davranışı, mənəvi dünyası, “oturuş və duruşları”na çox diqqət yetirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Lunyovun “Qarabağ”dan gedişindən sonra komandanın qapıçı axtarışlarına başlaması haqda danışan idman jurnalisti Emin Abbasov deyib.

Onun sözlərinə görə, istər Luka Quqeşaşvili, istərsə də gənc qapıçı Amin Ramazanov doldura bilməyəcək.

“Lunyovun “Qarabağ”dan gedişi artıq dəqiqləşib. Bildiyim qədəri ilə artıq komandaya yeni qapıçı axtarışları da başlayıb. Aydındır ki, bu gün Lunyovun yerindəki boşluğu istər Luka Quqeşaşvili, istərsə də gənc qapıçı Amin Ramazanov doldura bilməyəcək. Düzdür, Luka hardasa komandaya ilkin mərhələlərdə kömək edə bilərsə, lakin daha böyük hədəflər üçün Lukadan daha yaxşı Lunyov səviyyəsində qapıçı olmalıdır. Lunyov ilk vaxtlar “Qarabağ”a çox yaxşı səviyyədə gəlmişdi və çox gözəl performans ortaya qoyurdu. Komandanın qrup mərhələsində adlamasında onun da böyük əziyyəti oldu. Lakin qışdan sonra bir qədər geriləmə hiss olundu və əvvəlki oyununu göstərə bilmirdi. Digər tərəfdən, “Qarabağ” Azərbaycanda elə klublardandır ki, orada futbolçuların tək oyununa deyil, onların davranışı, mənəvi dünyası, oturuş və duruşuna çox diqqət yetirilir. Hesab edirəm ki, “Qarabağ”ın uğurunun sirlərindən biri də məhz budur. Qurban Qurbanov nizam-intizamı sevən, futbolçuların hətta şəxsi həyatına nəzarət edən məşqçilərdəndir”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, komandanın son zamanlar transfer məsələlərində irəliləyişlər də çoxdur:

“Təbii ki, “Qarabağ”a bundan sonra gələcək qapıçı yaxşı və səviyyəli oyunçu olmalıdır. Komandanın son zamanlar transfer məsələlərində də irəliləyişlər də çoxdur. Artıq daha “nöqtə atışı” transferlər edə bilirlər. Yəqin ki, komanda gələcək qapıçı səviyyə cəhətdən Lunyova yaxın qapıçı tapmalıdır. Bəlkə də o mənəvi baxımından komandaya uyğun oyunçu olmalıdır. Ümid edirəm ki, tapacaqlar. Bu gün yerli futbolçu tapmaq bəlli oyunçular arasından seçildiyinə görə çətindir. Lakin legioner seçimində əldə olan vəsaitlə “Qarabağ” özünə uyğun qapıçı tapa bilər. “Qarabağ” artıq Avropada tanınmış komandadır. Əvvəlki “Qarabağ” deyil. Ona görə də ortabab çempionatlardan yaxşı qapıçı gətirmək olar”.

İsmayıl Bakuvi

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv