!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ qazisi: "Buna görə, şəhid anasından utanıram" - VİDEO

!Reklam – Yazi

Tanınmış aparıcı Sara Safuranın “Zəfər yolu” layihəsinin bu dəfəki qonağı 44 günlük Vətən müharibəsində Şuşa, Xankəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edən və ağır yaralanan qazi Ruhin Ələkbərlidir.

Yenicag.az-ın çəkilişi Oğuz rayonunun Qumlaq kəndində baş tutub.

Gəncədə dünyaya göz açan R.Ələkbərli 27 sentyabrda başlayan hərbi əməliyyatlarda iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət edib.

Vətən Müharibəsinin könüllüsü, sambo idman növü üzrə beynəlxalq turnirlərin qalibi, Avropa birinciliklərinin iştirakçısı, qazi Ruhin Ələkbərli döyüş yolundan danışıb.

Müqəddəs Vətən savaşında R.Ələkbərli bir çox əməliyyatlarda iştirak edib, döyüşlərdə qəhrəmancasına savaşıb. Ruhin bir neçə yaralı döyüş yoldaşını ölümdən xilas edib. Bununla belə, qazimiz sağ qaldığına görə şəhid analarından utandığını deyib.

Qeyd edək ki, Ruhin Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medlları ilə təltif olunub.

Daha ətraflı videonu izləyin:

Sara Safura
Cəvahir
Cavid

www.yenicag.az

3400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv