!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun ilk oyunu keçirilib. 

Yenicag.az xəbər verir ki, oyunda “Qarabağ” Qəbələ təmsilçisinin qonağı olub. Görüş “köhlən atlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubundan hər iki qolu İbrahima Vadji vurub. Seneqallı hücumçu 6-cı və 14-cü dəqiqələrdə fərqlənərək, bombardirlik yarışında ikinci pilləyə yüksəlib. Aktivində 10 qolu olan 27 yaşlı forvard “Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikelsdən cəmi 1 top geri qalır.

Bu qələbədən sonra xallarını 58-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib və çempionluğa bir az da yaxınlaşıb. Bölgə təmsilçisinin ən yaxın izləyicisi “Neftçi” bu gün “Səbail”lə səfər matçında xal itirsə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış qızıl medalları təmin edəcək. “Qəbələ” isə 35 xalla hələlik 4-cü pillədə yer alıb.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv