!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.

Günün digər görüşündə “Şamaxı” ilə “Zirə” qolsuz bərabərə qalıb.

XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq./Report/

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv