!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edib. “Azersun Arena”da keçirilən görüşdə meydan sahibləri böyük hesablı qələbə qazanıblar – 3:0.

Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.

Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “köhlən atlar” növbəti oyunda “Səbail”ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan “Qəbələ” isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” Qəbələdə “Kəpəz”i, “Zirə” “Şamaxı”nı 3:0, “Turan Tovuz” evdə “Neftçi”ni 4:0, “Səbail” isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv