!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” qələbə qazandı – YENİLƏNDİ

!Reklam – Yazi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçika klubu “Gent”i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən “Qarabağ” rəqibi 1 qolla üstələyib.

Yenicag.az xəbər verir ki, Leandro Andradenin 78-ci dəqiqədə vurduğu yeganə top Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb.

Qurban Qurbanovun komandası cavab matçını fevralın 23-də Gentdə keçirəcək.

***

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada hesab açılıb. Komandamızın heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib.

***

Bakıda “Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Bundan əlavə, fubtolçular meydana “yanınızdayız” pankartı ilə çıxıblar.

Görüşü Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.

***

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Belçika “Gent”inin start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Gent”: 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv