!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” qrupun bir addımlığında: “Rəqib heç də zəif deyil” - PROQNOZ

!Reklam – Yazi

Sabah “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə cavab oyununa çıxacaq.

Bakıda baş tutacaq qarşılaşmanı dəyərləndirən idman jurnalisti Ceyhun Rzayev Azərbaycan təmsilçisinin təcrübəsinə əsaslanaraq mərhələni daha çox keçmə şansına malik olduğunu Yenicag.az-a açıqlamasında deyib.

O, yeni transferlərin bu matçda oynayıb-oynamama ehtimallarını da dəyərləndirib:

“Qarabağ” çox təcrübəli komandadır. Belə bir təcrübəyə malik komanda səfərdə iki top fərqli üstünlüyü əldən verməz. Buna baxmayaraq çətin matç olacaq. Rəqib heç də zəif deyil.

“Qarabağ”ın qapıçı problemi artıq, demək olar ki, həll olunub. Rusiyalı qapıçı Andrey Lunyovun “Köhlən atlara” gəlişi komandaya əlavə güc qatacaq.

“Qarabağ” sağ cinahda problem yaşayır. Marko Veşoviç zədələnədikdən sonra baş məşqçi Qurban Qurbanov sol ayaqlı Toral Bayramovu məcburi bu mövqedə oynadırdı. Yeni transfer olunan braziliyalı Mateus Silva da artıq komandaya uyğunlaşır. “Olimpiya” ilə səfərdəki oyunda son 15 dəqiqədə meydana çıxdı. “Kəpəz”lə son çempionat oyununda isə start heyətdə idi. Böyük ehtimal, Mateus Silva sabahkı qarşılaşmada sağ cinahda mübarizə apara bilər.

İnanıram ki, həm azarkeş dəstəyi, həm də təcrübə “Qarabağ”ı qrupa daşıyacaq”.

Qeyd edək ki, “Qarabağ” səfərdə ilk oyununda 2:0 hesablı qələbə qazanıb.

Cavab oyunu avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Sadiq Cavadov

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv