!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ” rəqibi ilə Xankəndi stadionunda GÖRÜŞƏCƏK

!Reklam – Yazi

Xankəndi şəhərində yerləşən stadionda ilk dəfə yerli klublarımızın iştirakı ilə futbol oyunu keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu matç Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ”la əvvəlki mərhələdən MOİK – “Ağdaş”/“Cəbrayıl” cütünün qalibi arasında keçiriləcək oyun olacaq.
Qeyd edək ki, bununla bağlı hazırlıq işləri aparılır və oyun dekabrın 21-də baş tuta bilər. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri gedir. Stadionun “qondarma rejim”in bayrağı rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib./oxuaz

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv